Şəhid olan əsgər İmran Mirzəyev doğulduğu Yevlax rayonunun Aran qəsəbəsində dünən torpağa tapşırılıb. Şəhid olan əsgər İmran Mirzəyev doğulduğu Yevlax rayonunun Aran qəsəbəsində dünən torpağa tapşırılıb.

Şəhidimizin valideynləri dəfnə və yasa gəlmədi

Şəhid olan əsgər İmran Mirzəyev doğulduğu Yevlax rayonunun Aran qəsəbəsində dünən torpağa tapşırılıb.


AzNews.az-a daxil olan məlumata görə, şəhidin valideynləri və bacıları yas mərasiminə qatılmayıb. Dəfn mərasimində yalnız şəhidin uzaq qohumları, döyüş yoldaşları, qəsəbə sakinləri və rayon rəhbərliyi iştirak edib.

Ailə üzvlərinin yas mərasiminə qatılmamasına səbəb isə, valideynlərinin illər əvvəl boşanması olub. Yerli sakinlərin məlumatına görə, İ.Mirzəyevin atası Xudaverdi Mirzəyev içki aludəçisi olduğundan həyat yoldaşı onunla yollarını ayırıb. Bundan sonra isə İmranın anası qızları ilə birlikdə Türkiyəyə köçüb və hazırda orada yaşayır.

Atası isə Xudaverdi isə Azərbaycanın rayonlarınan birində yaşayır. Anası ölkədən uzaq olması, atası isə başqa rayonda yaşadığından şəhid övladlarının yasında iştirak etməyiblər.




Ziya