Sumqayıt şəhərində qaraj və “Azərişıq” ASC-nə məxsus yarımstansiya yanıb. Sumqayıt şəhərində qaraj və “Azərişıq” ASC-nə məxsus yarımstansiya yanıb.

“Azərişıq”ın yarımstansiyası yandı

Sumqayıt şəhərində qaraj və “Azərişıq” ASC-nə məxsus yarımstansiya yanıb.


AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 15 kv.m olan dəmir konstruksiyadan ibarət qarajın içərisində istifadəsiz məişət əşyaları və yaxınlıqdakı "Azərişıq" ASC-nə məxsus ümumi sahəsi 80 kv.m olan yarımstansiyanın dam örtüyünün taxta konstruksiyaları 20 kv.m sahədə və 20 p.m kabel yanıb. Yarımstansiyanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 14:16-da yanğınsöndürənlər tərəfindən söndürülüb.