Göygöl rayonu, Şəhriyar kəndində iki ev yanıb. Göygöl rayonu, Şəhriyar kəndində iki ev yanıb.

Göygöl rayonunda iki ev yandı

Göygöl rayonu, Şəhriyar kəndində iki ev yanıb.


AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, vətəndaşa məxsus ümumi sahəsi 171 kv.m olan ikimərtəbəli 3 otaq, aynabənddən ibarət evin yanar konstruksiyaları, damına yığılan 5 ton ot bağlamasının 3 tonu və ona bitişik tikilmiş digər vətəndaşa məxsus ümumi sahəsi 91 kv.m olan ikimərtəbəli 5 otaq və aynabənddən ibarət evin ikinci mərtəbəsinin yanar konstruksiyaları 46 kv.m sahədə, damına yığılan 2 ton ot bağlamasının 1 tonu yanıb. Bitişik ev yanğından mühafizə olunub. Yanğın saat 08:36-da yanğınsöndürənlər tərəfindən söndürülüb.