Bərdədə doğuş zamanı uşaq ölüb. Bərdədə doğuş zamanı uşaq ölüb.

Doğuş zamanı uşaq öldü - Bərdədə

Bərdədə doğuş zamanı uşaq ölüb.


AzNews.az-ın xəbərə görə, hadisə Bərdə Mərkəzi rayon Xəstəxanasının Doğum Evində baş verib.

4 fevral tarixində Doğum evinə gətrilən Ağdam rayon Paşabəyli kənd sakini Quliyeva Sevinc Əli qızına Şöbənin ginekoloq - həkimi Nərgiz Hümbətova tərəfindən doğuşun fevralın 11-də gerçəkləşəcəyi diaqnozunu qoyulub. Fevralın 6-da 1986-cı il təvəllüdlü S.Quliyevanın həkim təyin etdiyi vaxtdan qabaq sancıları başlayıb. Həkimə aparılan S. Quliyevanın ailəsinə doğuşun vaxtının olduğu xəbəri verilib. 3 saatdan sonra uşaq gözlənildiyindən daha ağır çəkidə olduğu üçün ananın doğuşu bacara bilməyəcəyi bildirilib. Bu zaman Kifayət adında cərrah-doktor ananı xilas etmək üçün qeysəriyyə yolu ilə doğuşu gerçəkləşdirib. Lakin uşağın həyatını xilas etmək mümkün olmayıb.

S. Quliyevanın ailə üzvlərinin AzNews.az-a verdikləri xəbərə görə, doğulacaq uşaq həkim məsuliyyətsizliyindən tələf olub. UZİ-də uşağın çəkisi 3.350 kq göstərilib. Doğuşdan sonra həkimlər uşağın çəkisinin 4.500 kq çox olduğunu deyib: "Bizə deyilən nə uşağın çəkisi düz çıxmadı, nə də onun təyin olunan doğuş vaxtı düzgün deyilməyib."

S. Quliyevanın ailəsi Bərdə Doğum evinin həkimlərindən şikayərçi olacaqlarını deyiblər.