Pakistanın Bəlucistan əyalətinin mərkəzi Kvetta şəhərində baş verən partlayış nəticəsində azı 9 nəfər həlak olub, 40 nəfər isə yaralanıb. Pakistanın Bəlucistan əyalətinin mərkəzi Kvetta şəhərində baş verən partlayış nəticəsində azı 9 nəfər həlak olub, 40 nəfər isə yaralanıb.

Pakistanda terror - 9 ölü, 40 yaralı

Pakistanın Bəlucistan əyalətinin mərkəzi Kvetta şəhərində baş verən partlayış nəticəsində azı 9 nəfər həlak olub, 40 nəfər isə yaralanıb.


Hərbçilərin yaydığı məlumata görə, partlayış dairə məhkəməsinin yaxınlığında sərhəd xidməti avtomobillərinin yanında kamikadze tərəfindən törədilib. Həlak olanların ikisi hərbçi, yeddisi mülki şəxslərdir. Yaralananların onunun hərbçi olduğu bildirilir.

Xatırladaq ki, yanvar ayında Kvetta şəhərində sərhəd xidmətinin avtomobilində törədilən partlayış nəticəsində beş nəfər həlak olmuşdu.


Report