Xalq artisti, rejissor Tofiq İsmayılov xəstəxanaya yerləşdirilib. Xalq artisti, rejissor Tofiq İsmayılov xəstəxanaya yerləşdirilib.

Xalq artisti reanimasiyaya yerləşdirildi

Xalq artisti, rejissor Tofiq İsmayılov xəstəxanaya yerləşdirilib.


AzNews.az-ın oxu.az-a istinadən verdiyi məlumata görə, 76 yaşlı rejissorun səhhəti ilə əlaqədar Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinin müdiri Vüqar Abdulkərimov bildirib ki, xalq artisti hazırda reanimasiyada müalicə alır.

O, hepatit virusundan əziyyət çəkir.

Qeyd edək ki, T. İsmayılov 1939-cu il aprelin 6-da Bakıda anadan olub. 1994-2006-cı illərdə dəvətlə Türkiyənin Memar Sinan adına Gözəl Sənətlər Universitetində çalışıb. İstanbulun Böyük Şəhər Bələdiyyəsində mədəniyyət işləri üzrə müşavir olub. 2007-ci ildən bu günə kimi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyir.

"Yaşıl işıq", "Musiqi müəllimi", "Mən mahnı qoşuram" və s. filmlərin rejissoru və ssenari müəllifidir.