"Prezident İlham Əliyevin müvafiq tapşırığına uyğun olaraq, artıq yerli və mərkəzi icra hakimiyyəti orqanlarının yanında Apellyasiya şuralarının yaradılmasına başlanılıb. "Prezident İlham Əliyevin müvafiq tapşırığına uyğun olaraq, artıq yerli və mərkəzi icra hakimiyyəti orqanlarının yanında Apellyasiya şuralarının yaradılmasına başlanılıb.

Nazirlikdə yaradılan Apellyasiya Şurasının görəcəyi işlər açıqlandı

"Prezident İlham Əliyevin müvafiq tapşırığına uyğun olaraq, artıq yerli və mərkəzi icra hakimiyyəti orqanlarının yanında Apellyasiya şuralarının yaradılmasına başlanılıb.


Həmçinin, İqtisadiyyat Nazirliyində də şura yaradılıb".Bunu jurnalistlərə açıqlamasında nazir müavini Sahib Məmmədov deyib.

Onun sözlərinə görə, şuranın məqsədi sahibkarların, eləcə də hüquqi və fiziki şəxslərin şikayətlərinə obyektiv və operativ formada baxmaqdır: "Mərkəzi icra hakimiyyəti, yaxud da yerli icra hakimiyyəti orqanlarının verdiyi qərarlardan, onların hərəkətsizliyindən hər hansı bir şikayət daxil olarsa, sözügedən şura tərəfindən məsələyə baxılaraq qərar qəbul olunacaq".

Nazirlikdə də şuranın yaradıldığını xatırladan nazir müavini əlavə edib ki, əgər nazirliyin fəaliyyət sahəsinə dair hansısa sahibkarlıq subyekti tərəfindən şikayət daxil olarsa, bu məsələyə qanunvericik çərçivəsində baxılıb qərar qəbul olunacaq: "Şuranın tərkibinə İqtisadiyyat Nazirliyinin struktur bölmələrinin nümayəndələri daxildir".

Şuraya ediləcək müraciətlərin hansı formada olacağına da aydınlıq gətirən S.Məmmədov bildirib ki, müraciətlər həm elektron qaydada, həm də "195-2" çağrı mərkəzi vasitəsilə qəbul ediləcək: "Nazirlik də bu çağrı mərkəzinə qoşulub. Mərkəzə daxil olan bütün müraciətlərə dərhal reaksiya verilir".

Məişət sertifikatlarının verilməsinin 1 günə endirilməsi məsələsinə də toxunan nazir müavini qeyd edib ki, sahibkarlıq və biznes mühitinin yaxşılaşdırılması ilə bağlı prezidentin tapşırığına uyğun şəkildə çox operativ və əhəmiyyətli işlər görülür:

"İqtisadiyyat Nazirliyi tərəfindən də məişət sertifikatlarının verilməsi həyata keçirilir. Bu prosesə sərf olunan vaxtın azaldılması məqsədi ilə müddət əhəmiyyətli şəkildə aşağı salındı. Bu da sahibkarlığın inkişafından mühüm addımlardan biridir".

Report.az