“ATV Maqazin onlarla” verilişinin sonuncu buraxılışı ətrafında qalmaqal bir az da böyüyüb. “ATV Maqazin onlarla” verilişinin sonuncu buraxılışı ətrafında qalmaqal bir az da böyüyüb.

Aygün Eltonu alçaltdı: “Sənin nə həddinədir ki...” (Video)

“ATV Maqazin onlarla” verilişinin sonuncu buraxılışı ətrafında qalmaqal bir az da böyüyüb.


AzNews.az xəbər verir ki, sözügedən verilişdə adı çəkilən Xalq artisti Aygün Kazımova dolayı yolla uzun illərdir ki, "mehriban düşmən" olduğu həmkarı Brilliant Dadaşovanın müdafiəsinə qalxıb.

Belə ki, müğənni Elton Hüseynəliyevin verilişdə Brilliant Dadaşovanı paxıl insan adlandırması Aygün Kazımovanı özündən çıxarıb. O, özünün instaqram səhifəsində E.Hüseynəliyevi alçaldaraq Xalq artisti F.Kərimova ilə yanaşı B.Dadaşovanı da müdafiə xarakterli fikir səsləndirib: "Baxın, bir bunun davranışına, əl hərəkətlərinə... Flora xanım kimi sənətkarın sözünü ağzında qoyur. Sənin nə həddinədir ki, Xalq artistlərinin haqqında bu tonda rəy söyləyirsən?"

Qeyd edək ki, verilişdə Elton Hüseynəliyev Xalq artisti B.Dadaşovanı paxıl insan adlandırmışdı: "Paxıl insandır. Mən onun sənətini qəbul etmirəm. Paxılsınızsa, yaxşıya yaxşı deyə bilmirsinizsə, siz sənətkar ola bilməzsiniz. Sənətkar o şəxsdir ki, sözün düzünü deməyi bacarsın".

Xatırladaq ki, verilişin sözügedən buraxılışında F.Kərimova da Röyanın sənətinə qiymət vermişdi. O, Röyanın heç vaxt böyük mənada sənətkar ola bilməyəcəyini demişdi.



Bahar RÜSTƏMLİ
AzNews.az