İstanbul Ülkü Ocaqları tərəfindən təşkil olunan və bu il ikincisi keçirilən "Türk Dünyası Xidmət Mükafatları" (2. Türk Dünyası Hizmet Ödülleri) sahiblərinə verilib. İstanbul Ülkü Ocaqları tərəfindən təşkil olunan və bu il ikincisi keçirilən "Türk Dünyası Xidmət Mükafatları" (2. Türk Dünyası Hizmet Ödülleri) sahiblərinə verilib.

Tənzilə Rüstəmxanlı Türkiyədə mükafat aldı – Foto+Video

İstanbul Ülkü Ocaqları tərəfindən təşkil olunan və bu il ikincisi keçirilən "Türk Dünyası Xidmət Mükafatları" (2. Türk Dünyası Hizmet Ödülleri) sahiblərinə verilib.


İnterpress.az xəbər verir ki, Beşiktaş Fulya Sənət Mərkəzində təşkil olunan mərasimdə, "Türk Dünyası İlin Onur Mükafatı"na, araşdırmaçı, jurnalist mərhum Sərvət Somuncuoğlu layiq görülüb. "Türk Dünyası İlin siyasətçisi Mükafatı" isə MHP Ümumi Başçısı Dövlət Baxçalıya verilib.

"2. Türk Dünyası Xidmət Mükafatları" arasında "Türk Dünyası Qafqaz Coğrafiyası ilin Xidmət Mükafatı" kateqoriyasında seçicilərin 180.000 səsi ilə Azərbaycandan Azəri-Türk Qadınlar İctimai Birliyinin sədri, ATEV başqanı Tənzilə Rüstəmxanlı layiq bilinib.

Mükafat alanlar arasında İraq Türkmən Cəbhəsinin lideri, millət vəkili Ərşad Salihi, Cənubu Azərbaycan Milli Oyanış Hərəkatının (CAMOH) lideri, doktor Mahmudəli Çöhraqanlı, Krım tatarlarının lideri Mustafa Cəmil Krımoğlu və sənətçi Əhməd Şəfəq də var.

Mərasimdə, "İlin jurnalisti Mükafatı", "İlin Layihə Mükafatı", "İlin Musiqiçi Mükafatı", "İlin TV Proqramı Mükafatı", "İlin Mətbuat Mükafatı", "İlin Musiqi Mükafatı", "İlin Xəbər Xidməti Mükafatı", "Türk Dünyası Qafqaz Coğrafiyası ilin Xidmət Mükafatı", "Balkan Coğrafiyası İlin xidmət Mükafatı", "Krım Coğrafiyası İlin xidmət Mükafatı","Güney Azərbaycan coğrafiyası İlin xidmət Mükafatı ", "Türkməneli Coğrafiyası İlin xidmət Mükafatı", "Türküstan coğrafiyası İlin xidmət Mükafatı", "Şərq Türküstan Coğrafiyası İlin xidmət Mükafatı", "Türk Dünyasına xidmət eden İlin Qadını Mükafatı", "İlin Sənətçisi Mükafatı" kimi 26 kateqoriyadakı mükafatlar sahiblərinə verilib.

Mərasimə, MHP İstanbul millət vəkili Arzu Erdem, MHP İstanbul şəhər başqanı Mehmet Bülənt Karataş, Ülkü Ocaqları, İstanbul şəhər başqanı Ahmet Yiğit Yıldırım və çox sayda ülkü ocaqlarının üzvləri qatılıb.