Xalq artisti İlhamə Quliyevanın hazırda həbsdə olan köməkçisi Mehriban Hüseynova "Yeni müsavat"a ünvanladığı növbəti məktubunda Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmlini ittiham edib. Xalq artisti İlhamə Quliyevanın hazırda həbsdə olan köməkçisi Mehriban Hüseynova "Yeni müsavat"a ünvanladığı növbəti məktubunda Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmlini ittiham edib.

MTRŞ-dan İlhamənin köməkçisinin ittihamlarına - Reaksiya

Xalq artisti İlhamə Quliyevanın hazırda həbsdə olan köməkçisi Mehriban Hüseynova "Yeni müsavat"a ünvanladığı növbəti məktubunda Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmlini ittiham edib.


Bildirib ki, İ.Quliyevanın evində onun "banda"sı tərəfindən mənliyi alçaldılan, təhqir edilən və adi telefonla çəkilən süjeti ATV kanalı qarşı tərəfin fikrini bilmədən efirə verib və ictimaiyyətdə M.Hüseynovaya qarşı mənfi rəy formalaşıb.

Onun sözlərinə görə, MTRŞ-nın rəhbəri Nuşirəvan Məhərrəmli bu süjetin qanunsuz olaraq efirə getməsinə göz yumub.

MTRŞ-ın aparat rəhbəri Toğrul Məmmədov AzNews.az-a açıqlamasında bildirib ki, hər hansı bir süjetin efirə verilib-verilməyəcəyinə Milli Televiziya və Radio Şurası cavabdehlik daşımır: "Efirə verilən materiallara şura nəzarət etmir. Əgər hər hansı bir şəxs telekanalda hansısa materialın birtərəfli qaydada yayılmasından və yaxud da efirə getməsindən narazıdırsa buyursun, məhkəməyə müraciət etsin. Məsələ məhkəmə müstəvisində həll olunsun".

Bahar RÜSTƏMLİ
AzNews.az