Bakıda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bakıda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Ana və 3 aylıq körpəni maşın vurdu - Vəziyyətləri ağırdır

Bakıda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Sabunçu rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə bu gün saat 14.30 radələrində Zabrat qəsəbəsi ərazisində qeydə alınıb. Aysel Əliyeva qucağında körpə uşağı ilə birlikdə "Mercedes" markalı maşına əyləşmək istəyərkən arxadan gələn avtomobil piyadaların oturmaq istədiyi maşına çırpılıb. Nəticədə "Mercedes" markalı avtomobilin sürücüsü Vüsal Əhmədov, piyada Aysel Əliyeva və körpəsi – Abbas Əliyev müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

A.Əliyevin vəziyyəti ağır qiymətləndirilir.

Qəza səbəbindən Sabunçu-Zabrat yolunda tıxac yaranıb.

Faktla bağlı araşdırma aparılır.

APA.az