Hind əsilli amerikan aktyor Varis Ahuvalia təyyarəyə buraxılmayıb. Hind əsilli amerikan aktyor Varis Ahuvalia təyyarəyə buraxılmayıb.

Aktyor baş örtüyünə görə təyyarəyə buraxılmadı - Amerikada

Hind əsilli amerikan aktyor Varis Ahuvalia təyyarəyə buraxılmayıb.


AzNews.az xəbər verir ki, bu barədə 41 yaşlı aktyor öz instaqraç səhifəsində məlumat yayıb. O, "Aeromexico" aviaşirkətinin təyyarəsilə Meksikadan Nyu-Yorka getmək istədiyini lakin təyyarəyə buraxılmadığını qeyd edib.

Aktyorun təyyarəyə buraxılmamasına səbəb isə başındakı türban olub.
Belə ki, aviaşirkətin işçiləri ondan baş örtüyünü çıxarmasını istəyib. Varis isə buna etiraz edib.

Aktyor təyyarəyə buraxılmadığına görə Nyu-Yorkda təşkil edilən moda həftəsinə gecikib. Burada onun öz brendinin – "The House of Waris"in də nümayişi keçirilib. Aviaşirkət yaydığı press-relizdə baş verən hadisəyə görə üzr istəyib. Onlar bu hərəkəti ABŞ Nəqliyyat Təhlükəsizliyi Administrasiyası tərəfindən təsdiq edilən federal təhlükəsizlik tələblərinə riayət etməli olmaları ilə izah ediblər. Bununla yanaşı, onlar dini etiqadlarından asılı olmayaraq bütün sərnişinləri aparmağa söz veriblər.

Qeyd edək ki, türban Varis Ahuvalianın dini etiqadına görə kişilərin ənənəvi baş örtüyüdür.



Aydan AXUNDOVA