Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hökuməti xoşbəxtlik və din azadlığı üzrə nazirliklər təsis etməyi qərara alıb. Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hökuməti xoşbəxtlik və din azadlığı üzrə nazirliklər təsis etməyi qərara alıb.

Xoşbəxtlik Nazirliyi yaradılır

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hökuməti xoşbəxtlik və din azadlığı üzrə nazirliklər təsis etməyi qərara alıb.


Hökumət strukturlarının yenidən təşkili haqqında məlumatı BƏƏ-nin Baş naziri və vitse-prezidenti, Dubay Əmiri Məhəmməd Əl-Məktum öz "Twitter" səhifəsində yazıb.

Qeyd edilir ki, xoşbəxtlik naziri bütün dövlət planlarını, proqramlarını və siyasətini sıx birləşdirməklə "cəmiyyəti daha xoşbəxt edəcək", digər nazir isə din azadlığını "əmirliklər cəmiyyətinin əsas dəyəri kimi" aşılayacaq. Baş nazir bildirir ki, BƏƏ-nin Prezidenti Xəlifə ibn Zayed Əl-Nəhyan təklif edilən yeniliyin həyata keçirilməsinə artıq razılıq verib.

Azərtac.az