Bakı Metropoliteninin "Nizami" stansiyasında 4 ay əvvəl əsaslı təmirə dayandırılan eskalator sabahdan istifadəyə verilir. Bakı Metropoliteninin "Nizami" stansiyasında 4 ay əvvəl əsaslı təmirə dayandırılan eskalator sabahdan istifadəyə verilir.

4 ay əvvəl bağlanan eskalator istifadəyə verilir

Bakı Metropoliteninin "Nizami" stansiyasında 4 ay əvvəl əsaslı təmirə dayandırılan eskalator sabahdan istifadəyə verilir.



Bu barədə AzNews.az-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Qurum rəsmisi bildirib ki, stansiyadakı 1 saylı eskalator 15 oktyabr 2015-ci ildə əsaslı təmirə dayandırılıb. Təmir işləri yekunlaşan eskalator fevralın 10-dan istifadəyə veriləcək.