Dünən axşam saatlarında Bakıda gənc qızın özünü binadan atması ilə bağlı bəzi məqamlar aydınlaşıb. Dünən axşam saatlarında Bakıda gənc qızın özünü binadan atması ilə bağlı bəzi məqamlar aydınlaşıb.

Bakıda 19 yaşlı qız özünü binadan atdı - Sevdiyi oğlana görə (Yenilənib 2)

Dünən axşam saatlarında Bakıda gənc qızın özünü binadan atması ilə bağlı bəzi məqamlar aydınlaşıb.


19 yaşlı Tamara Abbasova hadisənin baş verdiyi Ə.Əliyev küçəsi 26, mənzil 119 ünvanında daimi yaşamırmış. Həmin mənzildə onun xalası qızı qalır.

Bildirilir ki, T.Abbasovanın psixi vəziyyəti ilə bağlı son vaxtlar problemlər yaranıb. O daha əvvəl də bir neçə dəfə intihara cəhd edib.

Gənc qızın konkret hansı səbəbdən özünü binanın 4-cü mərtəbəsindən atması isə hələlik məlum deyil. Dünən ağı vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilən T.Abbasovanın ifadəsini almaq mümkün olmayıb. Vəziyyəti ağır olan qızın halı bu gün stabilləşib və gözlərini aça bilib.

Araşdırmalar davam etdirilir.

Lent.az

***
11:20
Dünən axşam saatlarında Nərimanov rayonunda özünü binanın 4-cü mərtəbəsindən atan 19 yaşlı Tamara Abbasovanın vəziyyəti ağır-stabil olaraq qalır.

Məlumata görə, T.Abbasova bədəninin müxtəlif nahiyələrindəki sümüklərinin qırılması, həmçinin müxtəlif dərəcəli digər xəsarətlərlə Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətinin ağır qalaraq stabilləşdiyini və həyatı təhlükəsinin qaldığını bildirirlər.

Lent.az

***
09:55

Bakıda intihara cəhd olub.

Nərimanov rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Əliyar Əliyev küçəsi ev 26, mənzil 109 ünvanında qeydə alınıb.

Həmin ünvanda qonaq olan Beyləqan rayon sakini, 1997-ci il təvəllüdlü Tamara Vidadi qızı Abbasova binanın 4-cü mərtəbəsindən özünü atıb. Hadisə yerində olan şəxslər T. Abbasovanı xəstəxanaya çatdırıblar. Onun vəziyyəti ağır qiymətləndirilir.

İlkin məlumata görə, T. Abbasova sevdiyi oğlandan ayrıldığı üçün bu addımı atıb.

Faktla bağlı Nərimanov rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

APA.az