Xalq artisti Səməd Səmədov müğənni Nadir Qafarzadənin “sənət adamları fəxri adları əməklə deyil, müəyyən vasitələrlə alırlar” açıqlamasına görə onu qınayıb. Xalq artisti Səməd Səmədov müğənni Nadir Qafarzadənin “sənət adamları fəxri adları əməklə deyil, müəyyən vasitələrlə alırlar” açıqlamasına görə onu qınayıb.

“Nadir o sözünə görə peşman olacaq”

Xalq artisti Səməd Səmədov müğənni Nadir Qafarzadənin “sənət adamları fəxri adları əməklə deyil, müəyyən vasitələrlə alırlar” açıqlamasına görə onu qınayıb.



AzNews.az-a danışan S.Səmədov həmkarının dediklərindən xəcalət çəkəcəyini bildirib: "Nadir Əməkdar artist fəxri adına layiqdir. Bir neçə aydan sonra ona bu adı verəcəklər. İnanıram ki, Nadir Əməkdar artist adını alandan sonra bu sözü dediyinə peşman olacaq. Onda bir müğənni çıxıb bu gün bizlərin ünvanına dediyi sözləri özünə qaytaracaq".

S.Səmədov qeyd edib ki, xalq N.Qafarzadəni sevir: "Nadir dəbdədir, populyardır. Gözəl repertuarı var. İnsanlar onu toylara aparır. Amma insanları belə fikirlərlə qaçırmaq olmaz".

Bahar RÜSTƏMLİ
AzNews.az