İstanbulun mərkəzində beşmərtəbəli 2 bina çöküb. İstanbulun mərkəzində beşmərtəbəli 2 bina çöküb.

İstanbulun mərkəzində 2 bina çökdü - Video + Fotolar (Yenilənib)

İstanbulun mərkəzində beşmərtəbəli 2 bina çöküb.


AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə yerinə gələn İstanbul valisi Vasip Şahin dağıntılar altında qalanın olmadığını bildirib:
"Bu gün günortadan sonra 2 bina çöküb. İçəridə heç kim olmayıb. Qonşuluqdakı dükan sahibləri səs eşidincə xəbərdarlıq ediblər və hər kəs binadan çıxıb. Yenə də dağıntılar altına baxacağıq. Ümidimiz burada heç kəsin qalmamasınadır. Araşdırırıq, daha ətraflı məlumat verəcəyik. Yıxılan bir blokda otel olub, digər blokun da iki mərtəbəsi restoran, üst mərtəbələri də anbar kimi istifadə edilib. Otelin 2 müştərisi olub. Onlardan biri bayırda, biri isə binada olub. Lakin xəbərdarlıqdan sonra müştəri oteli tərk edib. Aldığımız məlumata görə, binada heç kim olmayıb".

Hadisə yerinə çox sayda yanğınsöndürən, polis, təcili tibbi yardım cəlb edilib.



***
16:52

İstanbulda-Taksimdə beşmərtəbəli bina çöküb.

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, binada yaşayış olmayıb. Lakin, binanın birinci mərtəbəsində kiçik dükanlar olub.

Dağıntılar altında insanların ola biləcəyi ehtimal edilir.









Aydan Axundova