Qazaxıstan Xalq Assambleyasının saytında, Assambleyanın katibliyinin rəhbəri Yeralı Tukjanovun Azərbaycanın Fövqəladə və Səlahiyyətli səfiri Rəşad Məmmədovla keçirdikləri görüş barəsində geniş məlumat yayılıb. Qazaxıstan Xalq Assambleyasının saytında, Assambleyanın katibliyinin rəhbəri Yeralı Tukjanovun Azərbaycanın Fövqəladə və Səlahiyyətli səfiri Rəşad Məmmədovla keçirdikləri görüş barəsində geniş məlumat yayılıb.

Səfirimiz Yeralı Tukjanovla görüşdü - Foto

Qazaxıstan Xalq Assambleyasının saytında, Assambleyanın katibliyinin rəhbəri Yeralı Tukjanovun Azərbaycanın Fövqəladə və Səlahiyyətli səfiri Rəşad Məmmədovla keçirdikləri görüş barəsində geniş məlumat yayılıb.


AzNews.az xəbər verir ki, görüş çərçivəsində Azərbaycanın səfiri türk xalqlarının ümumi tarixi köklərinin və iki ölkənin mehriban münasibətləri olduğunu qeyd edib. Diplomat öz növbəsində Qazax xalqına və onun liderinə ölkədə yaşayan azərbaycanlılar üçün yaradılan şəraitə görə minnətdarlığını bildirib. O eyni zamanda əlavə edib ki, azərbaycanlılar bu ölkədə Qazaxıstanın tam hüquqlu vətəndaşı olaraq sülhün və həmrəyliyin möhkəmlənməsində qardaş Qazaxıstana hər zaman dəstək olublar.

Qazaxıstan Xalq Assambleyasının sədri Yeralı Tukjanov Qazaxıstana yeni təyin olunmuş səfiri Assambleyanın azərbaycanlı nümayəndələri ilə tanış edərək, Assambleyanın mexanizm və tərkibi haqqında, eyni zamanda təşkilatın ümumxalq institutu kimi cəmiyyətin möhkəmlənməsindəki rokundan danışıb. Və Assambleyanın beynəlxalq aləmdəki geniş fəaliyyətindən və dünya birliyinin quruma olan marağı haqqında məlumat verib. Yeralı Tukjanov öz növbəsində Qazaxıstan tərəfin Azərbaycanda öz modellərini təqdim etməyə maraqlı olduğunu söyləyib. O həm də qeyd edib ki, bu gündən sonra Qazaxıstan xalq Assambleyası ilə Azərbaycan Respublikası arasında yeni əməkdaşlıq dövrü başlayır.

Azərbaycan səfiri Rəşad Məmmədov öz növbəsində Qazaxıstanın Xalq Assambleyası modelinin Azərbaycanda təqdimatını keçirmək və iki ölkə arasında əməkdaşlığın hər sahədə genişləndirilməsi üçün səmərəli fəaliyyət göstərəcəyini bildirib.

Tərəflər arasında gələcəkdə ikitərəfli əməkdaşlığın detalları müzakirə olunub. Və qeyd olunub ki, Qazaxıstan və Azərbaycan dünyada Sülh və həmrəyliyin, tolerantlığın carçılarıdır.

Təyinatından sonra rəsmi səviyyədə ilk görüşünü keçirən Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov jurnalistlərə verdiyi açıqlamasında bildirib ki, qardaş və dost ölkədə işləmək ikiqat sevincdir.