Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə 11 fevral, 2016-cı il tarixində 7-ci qrant müsabiqəsinin qalibi olan “Sülh üçün Oyna” adlı futbol turnirinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə 11 fevral, 2016-cı il tarixində 7-ci qrant müsabiqəsinin qalibi olan “Sülh üçün Oyna” adlı futbol turnirinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Qurban Qurbanov mükafatlandırma mərasimində - Foto

Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə 11 fevral, 2016-cı il tarixində 7-ci qrant müsabiqəsinin qalibi olan “Sülh üçün Oyna” adlı futbol turnirinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.



Layihənin ideya rəhbəri Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) fəalı Orxan Rəhimzadədir.

"Sülh üçün Oyna" futbol turnirinin məqsədi gənclər arasında sülh və bəşəri dəyərləri təbliğ etmək, sülh quruculuğu və mədəniyyətini gənclər arasında diqqət mərkəzində saxlanılmasına çalışmaqdır. Layihə istiqamətində 10-15 yaşlı məktəblilər arasında futbol turnirinin təşkil olunması və Sülh üçün Oyna adlı video çarxın hazırlanması nəzərdə tutulub.

Tədbiri ilk olaraq layihə rəhbəri Orxan Rəhimzadə açıb və layihənin mahiyyəti barədə məlumat verib. Azərbaycan Gənclərinin Avropaya İntqerasiyası Təşkilatı (AGAT) Təşkilatının sədri Nərgiz Xələf də çıxış edərək gənclərə sülhlə bağlı mesajını çatdırıb. Daha sonra Qarabağ Futbol Klubunun baş məşqçisi Qurban Qurbanova söz verilib. O da öz növbəsində layihə ilə bağlı fikirlərini bölüşdü və gənclərə uğurlar arzulayıb. Növbəti olaraq layihə müddətində keçirilən futbol turnirinin qalibləri müəyyən olunub.

Beləliklə 1-ci yeri Xocəsən İdman məktəbi, 2-ci yeri Suraxanı İdman məktəbi, 3-cü yeri İOKİM idman məktəbi qazanıb. Onlar layihə rəhbəri və AGAT təşkilatı tərəfindən kubokla təltif olunublar. Ümumilikdə turnirdə iştirak edən bütün komandalara sertifikat verilib. Sonda məktəblilər və Qurban Qurbanov arasında maraqlı disskusiya baş verib.