Şair Aqşin Yenisey AzNews.az saytına verdiyi son müsahibəsində səsləndirdiyi fikirlərə görə ciddi qınaqlarla üzləşib. Şair Aqşin Yenisey AzNews.az saytına verdiyi son müsahibəsində səsləndirdiyi fikirlərə görə ciddi qınaqlarla üzləşib.

Aqşin tənqidlərə cavab verdi: “Öz işimdir...”

Şair Aqşin Yenisey AzNews.az saytına verdiyi son müsahibəsində səsləndirdiyi fikirlərə görə ciddi qınaqlarla üzləşib.



Xeyli vaxtdır ki, qınaqlar və tənqidlər qarşısında susan şair danışmaq qərarına gəlib. AzNews.az-a açıqlama verən A.Yenisey onu mühakimə edənlərə cavab verib: "Taixi əhəmiyyəti olmayan hər bir söz, əməl mənim üçün əhəmiyyətsizdir. Yəni məni bu müsahibəyə görə mühakimə edən adamlar səhəri gün Bakıya gələn türk aktyora sevgilərini izhar edən məktəbli qızları da eyni ehtirasla qınayır və tənqid edirdilər. Bu səviyyədə gedən müzakirələrə nə dərəcədə cidd yanaşmaq olar?"

A.Yenisey onu da əlavə edib ki, əgər söhbət siyasi tənqidlərdən gedirsə, onun boynunda Azərbaycan ədəbiyyatının və müxalifətinin heç bir haqqı yoxdur: "Qaldı ki, mənim şair, yazıçı azadlığıma, onu kimə və harada xərcləmək mənim öz işimdir".

Aqşin Yeniseyin sözügedən "Gözümü açdım ki, başımın üstündə Kəmaləddin Heydərov dayanıb..." başlıqlı müsahibəsini buradan oxuya bilərsiniz.

Bahar RÜSTƏMLİ
AzNews.az