Akademik Milli Dram Teatrının kollektivi Türkiyədə keçirilən V Beynəlxalq Teatr Festivalına qatılıb. Akademik Milli Dram Teatrının kollektivi Türkiyədə keçirilən V Beynəlxalq Teatr Festivalına qatılıb.

Aktyorlarımız beynəlxalq festivalda

Akademik Milli Dram Teatrının kollektivi Türkiyədə keçirilən V Beynəlxalq Teatr Festivalına qatılıb.



Bu barədə AzNews.az-a sözügedən teatrdan məlumat verilib. Kollektiv Bursa şəhərinin Nilufər Bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən festivalında Xalq yazıçısı Elçin Əfəndiyevin "Teleskop" pyesi əsasında hazırlanan tamaşası ilə çıxış edəcək.

Tamaşanın quruluşçu rejissoru Kamran Şahmərdan və musiqi tərtibatçısı Həmid Kazımzadədir. Səhnə əsərində Xalq artistləri Rafiq Əzimov, Hacı İsmayılov, əməkdar artistlər Füzuli Hüseynov, Kazım Abdullayev, Əjdər Həmidov, Sabir Məmmədov, Elxan Quliyev, Hicran Nəsirova, Aslan Şirinov, Münəvvər Əliyeva, Şəlalə Şahvələdqızı, aktyorlar Vüsal Mustafayev, Elnar Qarayev, İlahə Həsənova, Dilarə Nəzərova, Rəşad Bəxtiyarov, Nigar Güləhmədova, Rada Nəsibova, Elnur Qədirov, Məhsəti Tahirzadə və Şəhla İsmayılova çıxış edir. Kollektiv "Teleskop" tamaşasını aprelin 19-u və 20-də nümayiş etdirəcək.

Bahar RÜSTƏMLİ
AzNews.az