Aşıq Azər Xanlaroğlu qaraciyər donoru axtarır. Aşıq Azər Xanlaroğlu qaraciyər donoru axtarır.

Aşıq Azər əlacsız vəziyyətdə: “Elə ağrıyıram ki...”

Aşıq Azər Xanlaroğlu qaraciyər donoru axtarır.



Bu barədə AzNews.az-a aşıq özü məlumat verib. Onun sözlərinə görə, hazırda həkimlər ona lazım olan donorun tapılması istiqamətində axtarışdadır: "Amma məsələ tək bu deyil. Əsas məsələ maliyyədir. Qaraciyərin köçürülməsi əməliyyatı çox bahadır. 100 min manat lazımdır. Donorla bərabər bu məbləğ də olmalıdır".

Aşıq Azər Xanlaroğlu bildirib ki, lazım olan məbləği tapa bilmədiyi üçün əlacsız qalıb: "Bilmirəm neyləyim, məbləğlə bağlı heç bir elan verilməyib. Həkimlər deyir ki, əməliyyat nə qədər tez olsa mənim xeyrimə olar. Elə ağrıyıram ki, danışa bilmirəm, qızdırma da məni bir tərəfdən yaman hala salır".

Aşıq həmçinin qeyd edib ki, Malaziyadan vətənə dönəndən sonra onunla heç bir sənət adamı əlaqə saxlamayıb.

Xatırladaq ki, Aşıq Azər Xanlaroğlu "Hepatit B" xəstəliyindən əziyyət çəkir. O, bununla əlaqədar əvvəlcə Türkiyənin İstanbul şəhərində, sonra isə Malayziyada müalicə alıb.

Bahar RÜSTƏMLİ
AzNews.az