“Ortada cinayət varsa, cəzası da olmalıdır”. “Ortada cinayət varsa, cəzası da olmalıdır”.

Fikrət Qoca: “Demək ortada cinayət var ki, Əylislini də mühakimə edirlər”

“Ortada cinayət varsa, cəzası da olmalıdır”.


AzNews.az xəbər verir ki, bunu Yazıçılar Birliyinin birinci katibi, Xalq şairi Fikrət Qoca yazıçı Əkrəm Əylisliyə qarşı cinayət işinin açılması ilə bağlı məsələyə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Azərbaycanın qanunları var və o, hər bir vətəndaş üçündür: "Demək ortada cinayət var ki, onu mühakimə edirlər. Biz nə deməliyik axı? Deyək ki, düz etmirsiniz? Qanun qanundur. Biz ona qarışa bilmərik".

F.Qoca vurğulayıb ki, belə məsələlərlə bağlı indidən fikir irəli sürmək tezdir: "Bəlkə heç həbs olunmayacaq. Müzakirə olunacaq bir məsələ deyil ki, Yazıçılar Birliyi də ona hər hansı rəy bildirsin. Əlbəttə istəməzdik belə hal olsun".

Qeyd edək ki, yazıçı Əkrəm Əylisliyə qarşı Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət işi açılmışdı. Lakin ona qarşı irəli sürülən ittiham maddəsi dəyişdirilib. Belə ki, Əkrəm Əylisliyə qarşı CM-nin 221.1-ci maddəsilə qaldırılmış cinayət işi CM-nin 315.1-ci (Hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə) maddəsinə tövsif edildi. Həmin maddədə 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Bahar RÜSTƏMLİ
AzNews.az