Millət vəkili Musa Quliyev Xalq artisti Flora Kərimovanın keçmişi ilə bağlı maraqlı açıqlama verib. Millət vəkili Musa Quliyev Xalq artisti Flora Kərimovanın keçmişi ilə bağlı maraqlı açıqlama verib.

“Məni efirə Heydər Əliyev qaytardı...” - Flora Kərimova

Millət vəkili Musa Quliyev Xalq artisti Flora Kərimovanın keçmişi ilə bağlı maraqlı açıqlama verib.


O, AzNews.az-a müsahibəsində deyib ki, vaxtilə televiziyaların F.Kərimovaya qoyduğu qadağanı mərhum prezident Heydər Əliyev aradan qaldırıb: "Ümummilli liderimiz o vaxt dövlət televiziyasının başında duran Nizami Xudiyevə dedi ki, "Flora niyə oxumur, xəstə-zad deyil ki? Nəsə gözümə dəymir". Yerdən dedilər ki, Flora müxalifətçidir, ona görə televiziyada oxumağa qoymurlar. Ümummilli liderimiz əvvəlcə güldü, sonra etiraz elədi. Dedi ki, poeziyanın, musiqinin nə müxalifəti ola bilər axı?"

Xalq artisti Flora Kərimova AzNews.az-a açıqlama verərək millət vəkilinin sözlərinə münasibət bildirib. O, bu məsələni heç vaxt dilə gətirmədiyini vurğulayıb: "Musa müəllimi tanımıram. Mən özüm heç vaxt bu məsələni dilimə gətirməmişəm. Mənə olan münasibətləri məxfi saxlamışam. Musa Quliyev düz deyir. Deyirdilər, müxalifətçidir, xoşları gəlmirdi deyə ekranlardan çıxarırdılar. Lakin mənə qarşı belə ədalətsizlik və özbaşınalıqlar olanda rəhmətlik Heydər Əliyev həmişə müdafiə edirdi. O, bir neçə dəfə məni efirə qaytarıb. Hətta bir xoşagəlməz hadisə olmuşdu, məni efirdən uzaqlaşdırdılar. Onda da məni efirə Heydər Əliyev qaytardı, dedi ki, sənətin siyasətə aidiyyəti yoxdur".

Bahar RÜSTƏMLİ
AzNews.az