Ötən gün 5000-dən artıq iştirakçının qatıldığı Beynəlxalq Moskva Ədəbi Mükafatının 7 nominasiya üzrə 76 nəfərdən ibarət finalçılar siyahısı açıqlanıb. Ötən gün 5000-dən artıq iştirakçının qatıldığı Beynəlxalq Moskva Ədəbi Mükafatının 7 nominasiya üzrə 76 nəfərdən ibarət finalçılar siyahısı açıqlanıb.

Yazıçımız nüfuzlu ədəbiyyatçıların siyahısında - Final

Ötən gün 5000-dən artıq iştirakçının qatıldığı Beynəlxalq Moskva Ədəbi Mükafatının 7 nominasiya üzrə 76 nəfərdən ibarət finalçılar siyahısı açıqlanıb.


AzNews.az xəbər verir ki, müasir Rusiya ədəbiyyatının Boris Akunin, Mixail Jvanetski, Sergey Lukyanenko, İvan Pereverzev, Lev Anninski, Mixail Zadornov kimi parlaq imzaları ilə bir sırada Azərbaycan yazıçısı Varis də təmsil olunur. O, 7 nominasiyadan sayca ən çox iştirakçı cəlb edən "Böyük proza – Lev Tolstoy adına mükafat" nominasiyasının nominantıdır.

Yazıçımızın mükafat komissiyasını cəlb edən "Yanvarın 13 günü" roman-essesi olub.

Qeyd edək ki, hər nominasiyada (digər 6 nominasiya bunlardır: Vladimir Qilyarovski adına "Kiçik proza"; Mixail Lermontov adına "Poeziya"; İvan Kireevski adına "Ədəbi tənqid"; Aleksandr Qriboyedov adına "Dramaturgiya"; Mixail Bulqakov adına "Fantastika"; Valeriy Bryusov adına "Tərcümə") qaliblərə 3 dərəcədə mükafat və qran-pri təqdim olunacaq.

Təqdimetmə mərasimi sentyabrın 3-də Moskvada, Şəhər günündə dövlət və hökumət rəsmilərinin iştirakı ilə keçiriləcək.