Şəkidə “Türk dünyasının mədəniyyət paytaxtı - Şəki-2016” ilinin təntənəli açılış mərasimi keçirilib. Şəkidə “Türk dünyasının mədəniyyət paytaxtı - Şəki-2016” ilinin təntənəli açılış mərasimi keçirilib.

“Türk dünyasının mədəniyyət paytaxtı - Şəki-2016”nın açılış mərasimi - Fotolar

Şəkidə “Türk dünyasının mədəniyyət paytaxtı - Şəki-2016” ilinin təntənəli açılış mərasimi keçirilib.


TÜRKSOY-un mədəniyyət nazirlərinin Daimi Şurasının 33-cü toplantısı çərçivəsində Türkmənistan Respublikasının Mari şəhərində keçirilən mədəniyyət məsələləri üzrə məsul nazirlərin toplantısında Şəki şəhəri 2016-cı il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" seçilib. Şəki şəhərindəki "Yuxarı Baş" Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində, Qala divarlarının içərisində "Türk dünyasının mədəniyyət paytaxtı - Şəki-2016" ilinin təntənəli açılış mərasimi keçirilib. Tədbirə Mədəniyyət və Turizm nazirinin, TÜRKSOY-a üzv ölkələrin, xarici ölkələrin Azərbaycandakı səfirlərinin, millət vəkilləri və ictimaiyyət nümayəndələrinin qatılıb.

Daha sonra yay teatrında tədbirin rəsmi açılış mərasimi olub. Mərasimdə Şəki şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov, mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, TÜRKSOY-un baş katibi Düsen Kaseinov və başqaları çıxış edərək tədbirin əhəmiyyətini vurğulayıb, gələcəkdə bu istiqamətdə həyata keçiriləcək layihələrdən danışılıb.

Tədbirdə TÜRKSOY ölkələrinin folklor qrupları, ölkəmizin tanınmış incəsənət xadimləri çıxış edib.

Tədbirdə, həmçinin TÜRKSOY-a üzv olan ölkələrin mətbuat nümayəndələrinin mükafatlandırılması mərasimi keçirilib. Şəkinin "Türk dünyasının mədəniyyət paytaxt" şəhər seçilməsi ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və TÜRKSOY-un birgə tədbirlər planı hazırlayıb. Tədbirlər planına uyğun olaraq, il ərzində Şəkidə müxtəlif beynəlxalq festivalların, sərgilərin, tamaşaların, konsert proqramlarının, həmçinin "paytaxt ili"nin təntənəli açılış və bağlanış mərasimlərinin keçirilməsi, çoxsaylı xarici qonaqların qəbul edilməsi planlaşdırılır.

Artıq "Türk dünyasının mədəniyyət paytaxtı"nın loqotipi də təsdiq edilib. Loqotipdə əsasən ölkəmizi və Şəki şəhərini simvolizə edən elementlərdən istifadə olunub.

"Türk dünyasının mədəniyyət paytaxtı - Şəki 2016" ili çərçivəsində keçirilən tədbirlər, şübhəsiz ki, bölgənin turizm potensialının genişləndirilməsinə xidmət edəcək.