“Aprelin 26-dan başlayaraq Ermənistan silahlı bölmələri sırf mülki əhali arasında itki olsun deyə gecə saatlarında atəşkəsi kobud surətdə pozurlar”. “Aprelin 26-dan başlayaraq Ermənistan silahlı bölmələri sırf mülki əhali arasında itki olsun deyə gecə saatlarında atəşkəsi kobud surətdə pozurlar”.

“Heç bir hərbi texnikamız sıradan çıxarılmayıb”

“Aprelin 26-dan başlayaraq Ermənistan silahlı bölmələri sırf mülki əhali arasında itki olsun deyə gecə saatlarında atəşkəsi kobud surətdə pozurlar”.


Bu barədə jurnalistlərə açıqlamasında Müdafiə Nazirliyinin mətbuat katibi Vaqif Dərgahlı deyib.

Onun sözlərinə görə, qarşı tərəfin gecə saatlarında atəşkəsi pozmasının əsas məqsədi yaşayış məntəqələrini hədəfə almaqdır:

"Elə bu fakt da erməni barbarlığını nümayiş etdirən faktlardan biridir. Nazirliyin rəhbərliyi tərəfindən ermənilərin bu cür təcavüzkar addımlarının qarşısının alınması üçün müvafiq tədbirlərin görülməsi məqsədilə təmas xəttinə yaxın olan bölmələrimizə birmənalı şəkildə tapşırıq verilib ki, Ermənistan tərəfinin atəş nöqtələri susdurulsun.

Həmçinin rəhbərlik tərəfindən o da bildirilib ki, Silahlı Qüvvələrimiz işğal altında olan ərazilərdə məskunlaşan dinc əhaliyə atəş açmasın. Bizim məqsədimiz yalnız onların atəş nöqtələrinə cavab zərbələri endirməkdir. Bu da yanız və yalnız qarşı tərəfin atəşlərini susdurmaq məqsədi daşıyır".


Vaqif Dərgahlı - Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri

Polkovnik Dərgahlı ermənilərin qadağan olunmuş silahlardan istifadə etməsi məsələsinə də münasibət bildirib. O, deyib ki, belə faktlar var və ictimaiyyətə bu barədə məlumat verilib:

"Hazırda istifadə edilən qadağan olunmuş silahların mənşəyi araşdırılır. Onların belə silahlardan istifadəsi beynəlxalq konvensiyalara ziddir. Ermənilər yalnız mülki əhalimiz arasında çoxsaylı itkilər olsun deyə bütün bu vasitələrdən istifadə etməyə çalışırlar.

Onu da əlavə etməliyəm ki, son günlər ərzində Azərbaycan ordusu heç bir itki verməyib və həmçinin heç bir hərbi texnikamız sıradan çıxarılmayıb", - Dərgahlı belə deyib.

Anspress.com