Daxili işlər orqanları mülkiyyət əleyhinə olan oğurluq cinayətlərinin qarşısının alınması və açılması istiqamətində uğurlu əməliyyat-axtarış tədbiri həyata keçirib. Daxili işlər orqanları mülkiyyət əleyhinə olan oğurluq cinayətlərinin qarşısının alınması və açılması istiqamətində uğurlu əməliyyat-axtarış tədbiri həyata keçirib.

“Gəzirdim, bloklardan götürüb satırdım” - Velosiped oğrusu (VİDEO)

Daxili işlər orqanları mülkiyyət əleyhinə olan oğurluq cinayətlərinin qarşısının alınması və açılması istiqamətində uğurlu əməliyyat-axtarış tədbiri həyata keçirib.


Səbail Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri axtarış tədbiri nəticəsində paytaxt ərazisində silsilə velosiped oğurluqları edən Yasamal rayon sakini əvvəllər məhkum olunan Eldar Ələsgərov saxlanılıb. Onun paytaxt ərazisində 50-dən artıq velosiped oğurladığı sübuta yetirilib. Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxs velosipedləri oğurladıqdan sonra sataraq maddi gəlir əldə edib.

Faktla bağlı Səbail RPİ-nin İstintaq Şöbəsində cinayət işləri başlanıb, araşdırmalar davam etdirilir. Polis əməkdaşları saxlanılan şəxsin digər cinayətlərdə iştirak etdiyini də istisna etmir. Zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin "102" Zəng Mərkəzinə və ya Səbail RPİ-nə müraciət edə bilərlər.



Region TV