Bakıda dünyada analoqu olmayan ödəmə terminalları peyda olub. Bakıda dünyada analoqu olmayan ödəmə terminalları peyda olub.

Bakıda analoqu olmayan - Yenilik

Bakıda dünyada analoqu olmayan ödəmə terminalları peyda olub.


Paytaxtın Azneft dairəsindəki yeraltı piyada keçidindəki ödəmə terminalları digərlərindən fərqli olaraq "qeyri-adi xidmət funksiyası"na malikdir.

Həmin terminallar müxtəlif təyinatlı ödəmə aparmaqla yanaşı, zibil qutusu rolunu da oynaya bilir. Belə ki, insanlar terminalda əməliyyat apardıqdan sonra çıxan qəbzi və ya əlinizdəki digər zibili cihaza calaq edilmiş "zibil qutusu"na ata bilərlər. Bu kommunal xidmət sektorunda əməlli-başlı "inkişaf" deməkdir.

Ərazidə mütəmadi olaraq xarici turistlərə də tez-tez rast gəldiyindən bu "kreativ ideya"nın gələcəkdə digər ölkələrdə nümunə kimi istifadə olunacağı da istisna edilmir...

Milli.az