Sumqayıt şəhərində intihar hadisəsi baş verib. Sumqayıt şəhərində intihar hadisəsi baş verib.

Sumqayıtda intihar - Xəstəxananın 4-cü mərtəbəsindən özünü atdı

Sumqayıt şəhərində intihar hadisəsi baş verib.


AzNews.az-a daxil olan məlumata görə, Sumqayıt Göz Xəstəxanasında müalicə alan qadın bu gün səhər saatlarında özünü 4-cü mərtəbədən ataraq öldürüb. Özünü pəncərədən atan qadın hadisə yerindəcə dünyasını dəyişib.

Sumqayıt şəhər prokurorluğundan AzNews.az-a intihar olayını təsdiqləyiblər: "Müstəntiq hadisə yerindədir. Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır".

Sumqayıt Şəhər Polis İdarəsindən isə AzNews.az-a bildirilib ki, qadın 60-65 yaşlarındadır. O, şəkər xəstəsi imiş.

Bahar RÜSTƏMLİ
AzNews.az