Biləsuvar Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobili əsaslı şəkildə yoxlanılıb. Biləsuvar Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobili əsaslı şəkildə yoxlanılıb.

Avtomobildə gizlədilən 41 min siqaret aşkar edildi - Fotolar

Biləsuvar Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobili əsaslı şəkildə yoxlanılıb.


Dövlət Gömrük Komitəsindən AzNews.az-a verilən məlumata görə, yoxlama başlamazdan əvvəl vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilib və gömrük nəzarətinə mütləq bəyan olunası predmetin, həmçinin tütün məmulatının olub-olmadığı barədə sorğu-sual edilib. O isə cavabında idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və mütləq bəyan ediləsi predmetin, həmçinin tütün məmulatının olmadığını bildirib.



Lakin yoxlama zamanı həmin avtomobilin baqaj qapısının üzlüyünün altından, həmçinin avtomobilin salonunda olan üç ədəd sərnişin oturacağının üzlüklərinin altından, avtomobilin salonunun sol divarında olan üzlüyün altından və avtomobilin tavanının altından müxtəlif markalı, cəmi 41 min 200 ədəd siqaret aşkar edilərək götürülüb.



Faktla bağlı araşdırma aparılır.