Ucarda cücə sexində yanğın baş verib. Ucarda cücə sexində yanğın baş verib.

Cücə sexində yanğın baş verdi

Ucarda cücə sexində yanğın baş verib.


AzNews.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Ucar rayonu, Qarabörk kəndində vətəndaşa məxsus ümumi sahəsi 405 kv.m olan sexin tavanına vurulan penoplast üzlük 150 kv.m sahədə yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ucar Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın zamanı tavana vurulmuş 150 kvadratmetr penoplast yansa da, yanğınsöndürənlərin səyi nəticəsində binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğının səbəbi araşdırılır.