Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "ASAN radio"nun “Qəbuldasan” verilişində maraqlı açıqlama ilə çıxış edib. Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "ASAN radio"nun “Qəbuldasan” verilişində maraqlı açıqlama ilə çıxış edib.

Təhsil ekspertindən qəbul imtahanlarının 3 fəndən ibarət olması xəbərinə - Şərh

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "ASAN radio"nun “Qəbuldasan” verilişində maraqlı açıqlama ilə çıxış edib.


O, bildirib ki, gələcəkdə ali məktəblərə qəbul imtahanları cəmi 3 fəndən ibarət ola bilər: "Hələlik buraxılış imtahanının səviyyəsi, xüsusilə I və II qruplarda olan Riyaziyyat fənnindən olan suallarla buraxılış imtahanında eyni fənlərdən hazırlanan suallar eyni səviyyədə deyil. Bu səbəbdən də hələ bu prosesin reallaşması mümkün deyil. Biz bununla bağlı iş görürük, bu proses üç il davam edəcək. Biz çalışacağıq ki, gələcəkdə ixtisas qrupları üzrə institut imtahanları üç fəndən ibarət olsun".

Təhsil üzrə ekspert, professor Əjdər Ağayev AzNews.az-a açıqlamasında bildirib əgər ümumtəhsil məktəbinin buraxılış imtahanı tədris planında olan vacib fənləri əhatə edəcəksə, riyaziyyat, Azərbaycan dili, kimya, tarix, biologiya və s. və onların qiymətləri həmin fənlər əsasında olacaqsa, o zaman qruplar üzə ixtisasa uyğun olan 3 imtahan nəzərdə tutmaq olar.

Ə.Ağayev bu gün buraxılış imtahanının normal səviyyədə olmadığını qeyd edib: "Buraxılış imtahanının özündə də 3 fənn nəzərdə tutulacaqsa onda qruplarda 3 fənn üzrə qəbul imtahanı eləmək məqbul sayıla bilməz".

Bahar RÜSTƏMLİ
AzNews.az