Mərhum xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynovanın həyat yoldaşı Tofiq Hüseynov baş prokuror Zakir Qaralovla görüşüb. Mərhum xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynovanın həyat yoldaşı Tofiq Hüseynov baş prokuror Zakir Qaralovla görüşüb.

​İlhamə Quliyevanın köməkçisinin əri baş prokurorla görüşdü

Mərhum xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynovanın həyat yoldaşı Tofiq Hüseynov baş prokuror Zakir Qaralovla görüşüb.


AzNews.az xəbər verir ki, bu barədə "Report"a M.Hüseynovanın vəkili Vasif Mirzəyev məlumat verib.

Vəkilin sözlərinə görə, görüş zamanı Z.Qaralov M.Hüseynovanın işinin araşdırılıb, məhkəməyə göndəriləcəyini deyib.

Qeyd edək ki, xalq artisti İ.Quliyevanın sabiq köməkçisi M.Hüseynova 2015-ci il oktyabr ayının 21-də həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 29,180.3.2-ci (soyğunçuluğa cəhd, zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. 2016-cı il fevral ayının 13-də Səbail Rayon Məhkəməsində M.Hüseynova barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti üç ay uzadılıb.

Xatırladaq ki, İ.Quliyeva 2016-cı il fevral ayının 25-də səhər saatlarında 73 yaşında dünyasını dəyişib.