NATO şərqdəki mövqelərini möhkəmləndirmək məqsədi ilə Rusiya sərhədlərinə 4 min hərbçi göndərməyə hazırlaşır. NATO şərqdəki mövqelərini möhkəmləndirmək məqsədi ilə Rusiya sərhədlərinə 4 min hərbçi göndərməyə hazırlaşır.

NATO Rusiya sərhədinə qoşun yollayır

NATO şərqdəki mövqelərini möhkəmləndirmək məqsədi ilə Rusiya sərhədlərinə 4 min hərbçi göndərməyə hazırlaşır.


Bu barədə alyans rəsmilərinə istinadən ABŞ-ın "The Wall Street Journal" nəşri xəbər verib.

Nəşrin məlumatına əsasən, Polşa və Baltikyanı ölkələrə ezam olunacaq əsgərlərin yarısını amerikalılar qalan hissəsini isə Almaniya və Britaniya əsgərləri təşkil edəcək. NATO-nun bu planı son zamanlar Baltikyanı ölkələrdə Rusiyanın hərbi fəallığının artmasına cavabdır.

"Rusiyalılar sərhəd yaxınlığında çox sayda hərbi texnikanın iştirakı ilə dəfələrlə təlimlər keçirib. Son zamanlar Rusiya gözlənilmədən Litva, Latviya və Estoniyanın sərhədləri yaxınlığında hərbi təlimlər keçirir. Biz bunu olduqca təxribatçı addım kimi qiymətləndiririk", - deyə ABŞ Müdafiə nazirinin müavini Robert Uork Moskvanın təhlükəli oynadığını qeyd edib. General ABŞ və onun müttəfiqlərinə qarşı təxribat yönümlü hərəkətlərə hərbi cavabın veriləcəyini istisna etməyib.

Rusiya isə ABŞ-ın Avropa ölkələrində öz hərbi iştirakını artırmasını və NATO-nun şərqə doğru genişlənməsini öz təhlükəsizliyinə təhdid hesab edir. Rəsmi Kreml hərbi təlimlərin NATO-nun Rusiya sərhədlərinə doğru yaxınlaşmasına cavab olduğunu qeyd edib.

"Rusiya dialoqu dayandırmayıb, bütün qərarlar yalnız NATO tərəfindən qəbul edilib. Biz passiv müşahidəçi deyilik. Gücləndirilmiş və tamamilə əsassız hərbi mövcudluğa qarşı tələb edilən ölçülərə əl atacağıq", - deyə Rusiyanın NATO-da daimi nümayəndəsi Aleksandr Qruşko bidlirib.

"Wall Street Journal"ın məlumatına görə, ABŞ Rusiya ilə sərhəd ərazilərə iki, Almaniya və Böyük Britaniya isə hərəsi bir batalyon ayırmağa hazırdır.


Ans press