Məşhur ukraynalı güləşçi Vyaçeslav Olinik içkili vəziyyətdə maşın sürərkən polis tərəfindən yaxalanıb. Məşhur ukraynalı güləşçi Vyaçeslav Olinik içkili vəziyyətdə maşın sürərkən polis tərəfindən yaxalanıb.

Polislər 50 yaşlı çempionu döydülər - Fotolar

Məşhur ukraynalı güləşçi Vyaçeslav Olinik içkili vəziyyətdə maşın sürərkən polis tərəfindən yaxalanıb.


Olimpiya çempionunun polislərlə mübahisəsi sonda davaya çevrilib.

Kievdə 50 yaşını dostları ilə qeyd edən keçmiş idmançı polisdən buraxılmasını istəyib. Polislərlə mübahisəyə başlayan Olinik cəza almamaq üçün əlindən gələn hər şeyi edib. Onun bu inadkarlığı tərəflər arasında davaya səbəb olub.

7 polislə dava edən veteran güləşçiyə qarşı bibər qazından və dubinkadan istifadə edililib. Nəticədə sifəti qana boyanan Oliniki polislər yerə yıxaraq həbs edib. Vyaçeslav Olinik 1996-cı il Atlantada keçirilən Yay Olimpiya Oyunlarının qalibi olub və Ukraynanın tanınmış idmançılarından sayılıb. Faktla bağlı Ukrayna polisi araşdırmaya başlayıb.







Ans press