Cəbhəyanı kəndlərdən birində bu gün partlamamış hərbi sursat (PHS) aşkarlanıb. Cəbhəyanı kəndlərdən birində bu gün partlamamış hərbi sursat (PHS) aşkarlanıb.

Tərtər rayonunda 122-mm top mərmisi aşkar edildi

Cəbhəyanı kəndlərdən birində bu gün partlamamış hərbi sursat (PHS) aşkarlanıb.


AzNews.az-ın məlumatına görə, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) aprelin 30-da Tərtər və Füzuli rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) haqqında hesabat yayıb.

Hesabata əsasən, 30 aprel tarixində Agentlik tərəfindən 9 ev, 12 əkin sahəsi, 22 partlayış yeri yoxlanılıb, 1 ədəd partlamamış hərbi sursat (122-mm top mərmisi) zərərsizləşdirilib və 14 460 kv. m ərazi yoxlanılıb. Hərbi sursat Tərtər rayonunun Borsunlu kəndi ərazisində aşkarlanıb.

Ümumilikdə Agentlik tərəfindən 7-30 aprel 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir və Cəlilabad rayonlarında 387 ev və həyətyanı sahəyə, 2 hərbi hissə, 1 kənd qəbiristanlığı, 1 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 5 ferma, 8 əkin sahəsi və 1 çaxır zavodu ərazisinə baxış keçirilmiş, 1 295 ədəd partlamamış hərbi sursat, 10 ədəd piyada əleyhinə mina (PMN) və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.