Balakəndə 25 yaşlı gənc intihar edib. Balakəndə 25 yaşlı gənc intihar edib.

Balakəndə intihar - 25 yaşlı gənc özünü asdı

Balakəndə 25 yaşlı gənc intihar edib.


AzNews.az xəbər verir ki, hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, mayın 1-i axşam saat 17:30 radələrində Balakən şəhəri, Füzuli küçəsi ev 28 ünvanında yaşayan, 1991-ci il təvəllüdlü Ramazan Şəmsəddin oğlu Piriyevin meyiti evin mətbəxində asılı vəziyyətdə valideyinləri tərəfindən aşkar edilib.

Hadisə yerinə cəlb edilmiş hüquq-mühafizə orqan əməkdaşlarının apardıqları araşdırma zamanı 25 yaşlı Ramazan Piriyevin intihar etməsi məlum olub. Ramazan Piriyev intihar edən zaman evdə tək olub.

Faktla bağlı Balakən rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma ) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.