Azərbaycanın sevilən aktyoru, Xalq artisti Valeh Kərimova yeni vəzifə tapşırılıb. Azərbaycanın sevilən aktyoru, Xalq artisti Valeh Kərimova yeni vəzifə tapşırılıb.

Teatrdan uzaqlaşdırılan Xalq artistinə Mingəçevirdə iş tapıldı

Azərbaycanın sevilən aktyoru, Xalq artisti Valeh Kərimova yeni vəzifə tapşırılıb.


Bu barədə AzNews.az-a sənətkarın özü məlumat verib. O, Mingəçevir Dram Teatrında İsi Məlikzadənin "Gəl qohum olaq" tamaşasını hazırladığını qeyd edib: "10-15 gün olar ki, teatrdan dəvət gəldi. Mən də qəbul etdim. Hazırda teatrda tamaşa hazırlayıram. Özüm də aktyor kimi həmin tamaşada rol almışam. Ədalət rolunda oynayıram. Uzun zamandır səhnəyə çıxmırdım, darıxmışdım. Aktyoru səhnə yaşadır. Əhval-ruhiyyəm əladır. Sağ olsunlar ki, məni yada salıblar".

V.Kərimov bildirib ki, tamaşa mayın sonlarında tamaşaçıların ixtiyarında olacaq.

Xatırladaq ki, Valeh Kərimov Sumqayıt Dövlət Dram Teatrında aktyor və rejissor kimi fəaliyyət göstərirdi. O, ötən mövsüm yaşla əlaqədar teatrdan kənarlaşdırılıb.





Bahar RÜSTƏMLİ
AzNews.az