Məlum olduğu kimi Xalq artisti Ramiz Əzizbəyli həmkarı, Xalq artisti Rasim Balayevi ağır ittiham edib. Məlum olduğu kimi Xalq artisti Ramiz Əzizbəyli həmkarı, Xalq artisti Rasim Balayevi ağır ittiham edib.

“Bilirəm, Ramiz məni niyə söyür...” - Rasim Balayev əsəbiləşdi

Məlum olduğu kimi Xalq artisti Ramiz Əzizbəyli həmkarı, Xalq artisti Rasim Balayevi ağır ittiham edib.


O, AzNews.az-a müsahibəsində Rasim Balayevi vicdansız adlandırıb:
"Mən nə Fuad Poladovam nə də Rasim Balayev. Mən onların ikisindən də yaxşı kişiyəm. Heç biri ilə danışmıram. İkisindən də küsmüşəm. Rasim Balayev Rüstəm İbrahimbəyovun müdafiəsindən geri çəkiləndə vicdansızlıq etdi".

Xalq artistinin bu sözlərindən bərk əsəbiləşən Rasim Balayev AzNews.az-a açıqlamasında R.Əzizbəylinin ittihamlarına belə cavab verib: "O, xəstə təxəyyülü bir insandır. Heç vaxt düzgün fikirləşməyib. Onun mənə qarşı bu münasibəti nədən qidalanır, bilirəm. Bilirəm məni niyə söyür. Arada çox şeylər var. Sadəcə, bunu mətbuata açıqlamaq istəmirəm. Axı mən Rüstəm İbrahimbəyova neyləmişəm? Rüstəm siyasətlə məşğul oldu, idarəni bağladı. Mən Rüstəmlə yaxın olmuşam, sənət əlaqələrimiz olub, amma heç vaxt siyasi ilişkilərimiz olmayıb. Mən Rüstəmlə nə qədər oturub-durmuşam, heç vaxt siyasi mövzularda söhbət belə eləməmişəm. Ramiz Əzizbəylini burada nə narahat edir, nə əsəbiləşdirir, bilmirəm. Yenə deyirəm, bu düşüncələr xəstə təxəyyülün məhsuludur. Mənim Ramizə heç bir pisliyim dəyməyib. İnsan cismən xəstə ola bilər, gərək düşüncə tərzin xəstə olmasın. Obyektiv olmaq lazımdır. Təbiidir, öz tamahı ilə imkanları uyğun gəlməyən insanlar özünü narahat hiss edir. Bu tip adamlar həmişə narazı olur".

Kəramət
AzNews.az