Dövlətdən dotasiya alan, dövlət zəmanəti ilə kredit götürə bilən “Azərenerji”nin külli miqdarda borcunun olması bir sıra suallar yaradır. Özü də onu qeyd etmək də yerinə düşər ki, Azərbaycanda elektrik enerjisi qonşu ölkələrlə müqayisədə ucuz da deyil. Dövlətdən dotasiya alan, dövlət zəmanəti ilə kredit götürə bilən “Azərenerji”nin külli miqdarda borcunun olması bir sıra suallar yaradır. Özü də onu qeyd etmək də yerinə düşər ki, Azərbaycanda elektrik enerjisi qonşu ölkələrlə müqayisədə ucuz da deyil.

Bu qədər borc niyə yarandı?

Dövlətdən dotasiya alan, dövlət zəmanəti ilə kredit götürə bilən “Azərenerji”nin külli miqdarda borcunun olması bir sıra suallar yaradır. Özü də onu qeyd etmək də yerinə düşər ki, Azərbaycanda elektrik enerjisi qonşu ölkələrlə müqayisədə ucuz da deyil.


Yəni ödənilən məbləğ enerjinin maye dəyərindən artıqdır. Debitor borclar hesabına isə bu həcmdə borc yarana bilməz. Çünki borcu olan abonentə enerji verilməsi xəbərdarlıq edildikdən sonra dərhal dayandırılır.

Xəbər verildiyi kimi, 2015-ci ildə "Azərenerji" ASC üzrə vergi və digər icbari ödənişlər şəklində dövlət büdcəsinə ödənilən vəsaitin həcmi 2013-cü il ilə müqayisədə 222 mln. 803,8 min manat və 2014-cü il ilə müqayisədə 201 mln. 796,3 min manat artaraq 348 mln. 665 min manatadək yüksəlib.

Bu barədə məlumat Hesablama Palatasının "Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata verdiyi rəydə qeyd olunub.

Rəydə bildirilib ki, hesabat dövründə cəmiyyət üzrə dövlət büdcəsinə olan borcların həcmi 223 mln. 673 min manat azalaraq 799 mln. 795,9 min manat, artıq ödəmənin həcmi isə 92,9 min manat artaraq 1 mln. 824,2 min manat təşkil edib.

Uzunmüddətli aşağı faizli borc vəsaitlərini 2014-cü il ilə müqayisədə 2015-ci ildə "Azərenerji" üzrə büdcə ödənişlərinin əhəmiyyətli artmasında əsas mənbə kimi qiymətləndirmək olar. Bununla yanaşı, nəzərə alınmalıdır ki, hesabat dövründə cəmiyyət üzrə dövlət büdcəsinə olan borcların həcminin azalmasına baxmayaraq 01.01.2016-cı il tarixə olan borcun məbləği 799 mln. 795,9 min manat və ya dövlət mülkiyyətində olan vergi ödəyicilərinin ümumilikdə borclarının 68,2 faizini təşkil etməklə yüksək olaraq qalmaqdadır.

Bəs, "Azərenerji"nin üzərinə bu qədər borc yığmasının səbəbi nədir?

Iqtisadçı Samir Əliyevin sözlərinə görə, borclar kommunal xidmət göstərən bütün qurumlarda var. Amma "Azərenerji"nin digər dövlət qurumları ilə müqayisədə vəziyyətinin daha ağır olduğunu deyən S.Əliyev vurğuladı ki, ARDNŞ-in də borcu var. Amma ARDNŞ məhsulunun üçdə bir hissəsini xaricə satır. Nəticədə şirkət dollarla pul qazanır. "Azərenerji"nin isə qazancının sırf manatla olduğunu deyən S.Əliyev bildirdi ki, şirkət güclü borcalmaya gedib: "Devalvasiyadan sonra "Azərenerji"nin borcları bir qədər də artdı. Manat ifadəsində "Azərenerji"nin borcları iki dəfə artıb. Digər tərəfdən, beynəlxalq reytinq agentlikləri şirkətin reytinqini aşağı salıblar".

S.Əliyevin fikrincə, "Azərenerji"yə ayrılan maliyyənin şəffaflığı təmin edilməyib, milyonlarla insanın enerji ilə təchizatı baş verməyib. Bütün bunlar şirkətin maliyyə durumuna təsir edən faktorlar sırasındadır: "Azərenerji" bütün borcları dövlət təminatı ilə cəlb edib. Yəni bütün vəsaitlər razılaşdırılıb. Amma təəssüf ki, bu vəsaitlər səmərəsiz istifadə olunub. Heç bir şəffaflıq, hesabatlılıq olmayıb. Ona görə də bu vəsaitlərin nə dərəcədə təyinatı üzrə xərclənməsi sual altındadır. Ümumiyyətlə, bu vəsaitlərin götürülməsinə ehtiyac var idimi? Nə qədər ki şəffaflıq yoxdur, bu suallara cavab tapmaq çətindir".

Azadliq.info