“Son illərdə qəbul olunan qərarların içində ən absurdu dərslərin iyun ayının 15-dək uzaldılmasıdır”. “Son illərdə qəbul olunan qərarların içində ən absurdu dərslərin iyun ayının 15-dək uzaldılmasıdır”.

“Çox absurd qərardır” - Fazil Mustafadan sərt çıxış

“Son illərdə qəbul olunan qərarların içində ən absurdu dərslərin iyun ayının 15-dək uzaldılmasıdır”.


AzNews.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fazil Mustafa səsləndirib. O hesab edir ki, ikinci absurd qərar dərslərin sentyabrın 15-də başlamasıdır: "Uşaq bağçaları, orta məktəb və ali məktəblər üçün bu cür vaxt dəyişiminin hansısa faydası olduğunu düşünmürəm. Dərslər sentyabrın 1-də başlayar və mayın 31-də tamamlanarsa, həm təhsil alanlar, həm də müəllimlər rahat olar".

F.Mustafa qeyd edib ki, əgər sistem bu şəkildə olarsa valideynlər vaxt uzatmanın girovuna çevrilməzlər.

Bahar RÜSTƏMLİ
AzNews.az