“Ağ blok” ilk qurultayının vaxtını dəyişdirib. “Ağ blok” ilk qurultayının vaxtını dəyişdirib.

Yeni partiyanın ilk qurultayı təxirə düşdü: “Yer problemimiz var”

“Ağ blok” ilk qurultayının vaxtını dəyişdirib.


Bu barədə AzNews.az-a "Ağ blok"un təsisçisi Tural Abbaslı məlumat verib. Onun sözlərinə görə, qurultayın vaxtının dəyişdirilməsinə səbəb texniki məsələlərin öz həllini tapmamasıdır: "Bəzi texniki məsələlər var ki, hələ həllini tapmayıb. Ən əsası da yer problemi həll olunmamış qalır. Məhz buna görə məcbur olub qurultayın vaxtını dəyişdik".

T.Abbaslı bildirib ki, əgər heç bir problem olmazsa, iyun ayının 5-i, ya da 12-də "Ağ blok" qurultayını keçirəcək və bununla əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunacaq: "Yer tələb edəcəyik, ya da otellərin birinin konfrans zalını icarəyə götürəcəyik. Hər iki istiqamətdə işləyirik".

Xatırladaq ki, "Ağ blok" özünün ilk qurultayını mayın 29-na təyin etmişdi.

Bahar RÜSTƏMLİ
AzNews.az