Xalq şairi, mərhum Vaqif Səmədoğlunun “Sandıq şeirləri” adlı kitabı çap olunub. Xalq şairi, mərhum Vaqif Səmədoğlunun “Sandıq şeirləri” adlı kitabı çap olunub.

Vaqif Səmədoğlunun kitabı nəşr edildi

Xalq şairi, mərhum Vaqif Səmədoğlunun “Sandıq şeirləri” adlı kitabı çap olunub.


Bu barədə AzNews.az-a Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza məlumat verib. Onun sözlərinə görə, sözügedən kitab "AYB-Kitab" layihəsi əsasında həyata keçirilib: "216 səhifəlik kitabdır. Bu kitabda yer alan şeirlər heç vaxt çap olunmayıb. Vaqif müəllim həmin şeirləri müxtəlif illərdə yazıb".

X.Rza onu da əlavə edib ki, iyun ayının 5-də VI Şairlər Günü qeyd olunacaq: "Həmin gün Xalq şairi Vaqif Səmədoğlunun xatirəsinə həsr olunacaq".

Qeyd edək ki, "Sandıq şeirləri" adlı kitabın tərtibçi redaktoru Nüşabə Vəkilovadır.

Bahar RÜSTƏMLİ
AzNews.az