Milli Məclis "Bastainfo" saytı və saytın baş redaktoru Mustafa Hacıbəyli ilə bağlı Mətbuat Şurasının sədri Əflatun Amaşova müraciət edib. Milli Məclis "Bastainfo" saytı və saytın baş redaktoru Mustafa Hacıbəyli ilə bağlı Mətbuat Şurasının sədri Əflatun Amaşova müraciət edib.

Milli Məclis baş redaktordan Mətbuat Şurasına şikayət etdi - Foto

Milli Məclis "Bastainfo" saytı və saytın baş redaktoru Mustafa Hacıbəyli ilə bağlı Mətbuat Şurasının sədri Əflatun Amaşova müraciət edib.


AzNews.az xəbər verir ki, müraciətdə M.Hacıbəyli barəsində ciddi tədbir görülməsi istənilir: "2016-cı il aprelin 15-də saytda Mustafa Hacıbəylinin "Milli Məclis haradadır" sərlövhəli yazısı yayımlanıb. Həqiqətə uyğun olmayan, iddialardan ibarət olan yazıda Azərbaycan Parlamentinin, həmçinin Milli Məclisin deputatlarının şərəf və ləyaqətinə toxunan qərəzli fikirlər yer alıb. Xüsusilə Qarabağ məsələsindən söhbət gedən yerdə Azərbaycan KİV-də Milli Məclisin ünvanına bu sayaq yalan və böhtanların deyilməsi yolverilməzdir".

Məktubda həmçinin M.Hacıbəyli ilə bağlı məsələnin Mətbuat Şurasının növbəti iclasında müzakirə edilməsini xahiş ediblər.



Bahar RÜSTƏMLİ
AzNews.az