Dünya bazarında neftin ucuzlaşması SOCAR-ı struktur dəyişiklikləri etməyə məcbur edib. Dünya bazarında neftin ucuzlaşması SOCAR-ı struktur dəyişiklikləri etməyə məcbur edib.

SOCAR-ın İsveçrədəki ofisi bağlandı

Dünya bazarında neftin ucuzlaşması SOCAR-ı struktur dəyişiklikləri etməyə məcbur edib.


AzNews.az Trendə istinadən xəbər verir ki, bunu SOCAR prezidenti Rövnəq Abdullayev jurnalistlərə bildirib. Onun sözlərinə görə, SOCAR hər bir şirkət kimi xammalın qiymətinin ucuzlaşmasına cavab olaraq müvafiq qərarlar qəbul edib.

İsveçrədə SOCAR nümayəndəliyinin bağlanması barədə məlumatı şərh edərkən R.Abdullayev bildirib ki, SOCAR bütün xarici nümayəndəliklərin fəaliyyətinin dayandırılması barədə qərarı hələ ötən ilin dekabrında qəbul edilib:

"Nümayəndəliklərin funksiyaları Bakıdakı ofisə və tam SOCAR-a məxsus olan şirkətlərə verilib".