“Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasında "bəyanat" yayması barədə xəbərlər Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) növbəti uydurmasıdır”. “Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasında "bəyanat" yayması barədə xəbərlər Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) növbəti uydurmasıdır”.

XİN-dən ermənilərə - Cavab

“Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasında "bəyanat" yayması barədə xəbərlər Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) növbəti uydurmasıdır”.


AzNews.az xəbər verir ki, bu fikri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H.Hacıyev deyib ki, Ermənistan XİN-də xülya və mifologiyanın reallıqla qarışıq salınması artıq heç kimi təəccübləndimir: "Əslində Ermənistanın BMT yanında Daimi nümayəndəliyi öz statusundan sui-istifadə edərək və BMT sisteminə və üzv dövlətlərə hörmətsizlik nümayiş etdirərək qondarma rejim adından bu kimi kağız parçalarını yaymağa cəhd edir".

Ətraf mühitə hörmətlə yanaşılan BMT sistemində adətən bu qəbildən olan izafi kağız parçaları makulatura məqsədilə istifadə edilir-deyə H.Hacıyev əlavə edib.