Araşdırmaçı jurnalist Xədicə İsmayıl həbsdən azad edilib. Araşdırmaçı jurnalist Xədicə İsmayıl həbsdən azad edilib.

Xədicə İsmayıl azadlığa buraxıldı - Fotolar + Yenilənib

Araşdırmaçı jurnalist Xədicə İsmayıl həbsdən azad edilib.

AzNews.az xəbər verir ki, bu barədə məlumatı jurnalistin vəkili Fariz Namazlı verib. Bildirib ki, bu gün Ali Məhkəmədə keçirilən proses zamanı Xədicə İsmayıl şərti azadlığa buraxılıb.

Jurnalistə ittiham olunduğu Cinayət Məcəlləsinin 179 və 308-ci maddələri üzrə bəraət verilib.

Xədicə İsmayıl özü məhkəmədə iştirak etməyib.

Qeyd edək ki, 2014-cü ilin dekabrında həbs edilən X.İsmayıl Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 5 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan X.İsmayıl apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsində şikayət təmin edilməyib.

15:46
***

Bu gün Ali Məhkəmənin Xədicə İsmayılovanın azadlığa buraxılması ilə bağlı verdiyi qərar icra olunub.

APA-nın məlumatına görə, X. İsmayılova Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.