Ukraynanın Rusiyada həbsdə olan pilotu Nadejda Savçenko artıq öz vətənindədir. Ukraynanın Rusiyada həbsdə olan pilotu Nadejda Savçenko artıq öz vətənindədir.

“Üzr istəyirəm” - Savçenkonun azadlıqdakı ilk müsahibəsi

Ukraynanın Rusiyada həbsdə olan pilotu Nadejda Savçenko artıq öz vətənindədir.

AzNews.az yerli KİV-lərə istinadən xəbər verir ki, Savçenko hava limanında izdihamla qarşılanıb. O, azadlıqda ilk müsahibəsini də verib. Savçenko azadlıqda olduğu və hələ də yaşadığı üçün uşaqları həbsdə olan və ya ölən analardan üzr istəyib.

"Uşaqları indiyə qədər geri qayıtmayan analardan üzr istəyirəm. Çünki mən hələ də yaşayıram. Azadlıqdan məhrum edilmiş uşaqları olan analardan üzr istəyirəm. Çünki mən azadlıqdayam. Sizə demək istəyirəm ki, bəli, mən ölənləri geri qaytarmayacağam. Lakin mən Ukrayna uğrunda öz canımı hər an döyüş meydanına qoymağa hazıram. Mən indi azadlıqda olmayan bütün uşaqların azadlığa çıxması üçün mümkün olan hər şeyi edəcəyəm. Ukraynanın bütün qəhrəmanları ölməməlidir", -deyə Savçenko bildirib.

Aydan AXUNDOVA