Cəlilabad rayonunun Moranlı kəndində 17 yaşlı qızın intihar etməsi hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub. Cəlilabad rayonunun Moranlı kəndində 17 yaşlı qızın intihar etməsi hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

17 yaşlı qızın ölümünün - Təfərrüatları

Cəlilabad rayonunun Moranlı kəndində 17 yaşlı qızın intihar etməsi hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.


Kənd sakini, 1999-cu il təvəllüdlü Hüseynova Kifayət Əlfəddin qızı 9-cu sinifi bitirdikdən sonra təhsilini davam etdirməyib. Kənd məktəbi 9 illik olduğundan və ən yaxınlıqdakı tam orta məktəb 4-5 kilometr məsafədə yerləşdiyindən K.Hüseynova təhsilini yarımçıq saxlayıb.

K.Hüseynova bir müddət əvvəl Bakıda yaşayan uzaq qohumuna nişanlanıbmış.

İntihar hadisəsinin hansı şəraitdə baş verməsinə gəlincə, bu gün səhər saatlarında 17 yaşlı qızın atası həyətə düşüb və talvarın altında nəyinsə asılı vəziyyətdə qaldığını görüb. Nə baş verdiyini anlamayan kişi yaxınlaşdıqda qızının asılı vəziyyətdə qalmış meyitini görüb və şoka düşüb. O, tez qızını yuxarı qaldırıb onu xilas etməyə çalışsa da, artıq gec olub.

Yaxınları K.Hüseynovanın hər hansı probleminin olmadığını bildiriblər.

Faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.

Lent.az